Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər. kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi. Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən liralarla, çənglərlə və sinclərlə peyğəmbərlik etsinlər deyə xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur: Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarela. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər. Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi. Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot. Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı. Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin! Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin! Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin!
Выбор основного перевода