Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Kahinlər Müqəddəs yerdən çıxdıqları vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu. Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı. Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər. Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi.
Выбор основного перевода