Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi. O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi. Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi. Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər. Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.
Выбор основного перевода