Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!» İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi. Elə buna görə də biz oruc tutub Allahımıza yalvardıq. O bizim duamızı qəbul etdi. sən insanlar arasından qovulacaqsan, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər, göylərin şehi ilə islanacaqsan. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən. Sən insanlar arasından qovulacaq, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən». Deyilən hadisələr o saat Navuxodonosorun başına gəldi: o, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı və göylərin şehi ilə islandı. Onun tükü qartal tükü kimi, dırnağı quş dırnağı kimi uzandı.
Выбор основного перевода