Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan». Yeşua Rəbbin ona dediyi kimi onlarla rəftar etdi; atlarının ayaq vətərini kəsdi və döyüş arabalarına od vurub yandırdı. Lakin Yonatan atasının xalqa and içdirdiyini eşitməmişdi. O, əlindəki dəyənəyi uzadıb ucunu şanı balına batıraraq əlini ağzına apardı və gözlərinə işıq gəldi. Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular. Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə bir yerə yığıldılar. Hadadezer adam göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdı. Hadadezerin ordu başçısı Şovakla birgə Xelama gəldi. Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçərək Xelama gəldi. Aramlılar Davuda qarşı düzülüb onunla vuruşdular. Aramlılar İsraillilərin qarşısından qaçdılar. Davud Aramlılardan yeddi yüz döyüş arabaçısı ilə qırx min süvarini qırdı və orada ordu başçısı Şovakı vurub öldürdü. Hadadezerə tabe olan padşahların hamısı İsrail qarşısında məğlub olduqlarını görəndə İsraillilərlə sülh bağlayıb onlara tabe oldular. Artıq Aramlılar Ammonlulara kömək etməyə qorxdular. Allah həmçinin ağası Sova padşahı Hadadezerdən qaçan Elyada oğlu Rezonu Süleymana düşmən etdi. Davud Sovalıları qırandan sonra o, yanına adamlar toplayıb bir quldur dəstəsinin başçısı olmuşdu. Bu adamlar Dəməşqə gedib orada qalmışdılar və Dəməşqdə hökmranlıq edirdilər. O, Süleymanın bütün ömrü boyu İsrailə düşmən idi. Hadadın etdiyi pisliklərlə birgə o da həmişə İsraillilərə pislik edirdi və kin bəsləyirdi. Aramda o, padşahlıq edirdi.
Выбор основного перевода