Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Biz Keretlilərin cənubuna, Yəhuda torpağına və Kalevin cənubuna basqın etdik, Ziqlaqa od vurub yandırdıq». Xevronda Davudun oğulları doğuldu. İlk oğlu İzreelli Axinoamdan doğulan Amnon idi. İkincisi Karmelli Navalın dul arvadı Aviqaildən doğulan Kilav, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya, altıncısı isə Davudun arvadı Eqladan doğulan İtream idi. Davudun bu oğulları Xevronda doğulmuşdu. Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu. Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, İvxar, Elişua, Nefeq, Yafia, Elişama, Elyada və Elifelet. Bütün əyanları onun qarşısından keçdilər və bütün Keretlilər, Peletlilər və Qatdan onun ardınca gəlmiş altı yüz nəfər Qatlı da padşahın qarşısından keçdi. Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü. Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi. O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu. Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar. Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar; Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;
Выбор основного перевода