Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb. Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var. İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar. Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz. Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr. Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz. Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.
Выбор основного перевода