Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi. Davud dedi: «Ey Seruya oğulları, məndən sizə nə? Niyə mənə düşmənçilik edirsiniz? Heç bu gün də İsraildə kimi isə öldürmək olarmı? Məgər mən bilmirəm ki, bu gün İsrailin padşahı mənəm?» Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”». Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər? Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər? Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr. Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi. Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər?
Выбор основного перевода