Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı. Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma. Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır. Əgər bir kişi atabir yaxud anabir bacısını alıb onunla cinsi əlaqədə olsa, qadın da onunla cinsi əlaqədə olsa, bu, rüsvayçılıqdır. Onlar xalqı arasından qovulsun. Bacısı ilə cinsi əlaqədə olan kişi cəzasını çəkər. Ev sahibi bayıra çıxıb onlara dedi: «Yox, soydaşlarım, yalvarıram pislik etməyin. Madam ki bu adam mənim evimə gəlib, bu alçaqlığı etməyin. Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib. Mən səhrada özlərinə and içib dedim ki, onları millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.
Выбор основного перевода