Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər. Comərd bolluğa yetişər, Su verənə su verilər. Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr. Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər. Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar. Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır. Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək. Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
Выбор основного перевода