Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim. Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam. Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir. Onlar ağlaya-ağlaya gələcək, Yalvardıqları zaman Onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca Büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur. Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. “Buna qulaq asın! Yaqub nəslinə xəbərdarlıq edin!” Ordular Allahı Xudavənd Rəbb belə deyir. Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir. Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
Выбор основного перевода