Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin. Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın. Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım. Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız! Buna görə də onların şəriki olmayın. qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik.
Выбор основного перевода