Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Rəhilə dedi: «Allah məni haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi». Buna görə də onun adını Dan qoydu. Rəhilə dedi: «Bacımla güclü mübarizəyə girişib ona üstün gəldim». O, uşağın adını Naftali qoydu. Leanın qarabaşı Zilpa Yaquba bir oğul doğdu. Lea «uğur qazandım» deyib onun adını Qad qoydu. Leanın qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu. Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer qoydu. Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı. O hamilə olub bir oğul doğdu və dedi: «Allah xəcalətimi götürdü». O «Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif qoydu. O, ölüm ayağında can verərkən oğlunun adını Ben-Oni qoydu, ancaq atası onun adını Binyamin qoydu. Rəhilənin oğulları: Yusif və Binyamin. Rəhilənin qulluqçusu Bilhanın oğulları: Dan və Naftali. Leanın qulluqçusu Zilpanın oğulları: Qad və Aşer. Yaqubun Paddan-Aramda doğulan oğulları bunlardır. Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi. Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu. Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu. Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi. Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü. Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir». Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin. Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü.
Выбор основного перевода