Onlar gələrkən Şamuel Eliava baxıb dedi: «Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!»
O zaman Yessey Avinadavı çağırdı və onu Şamuelin qarşısından keçirdi. Şamuel dedi: «Rəbb bunu da seçmədi».
Yessey Şammanı gətirdi və Şamuel dedi: «Rəbb bunu da seçmədi».
Onun üç böyük oğlu Şaulun ardınca döyüşə getmişdi. Döyüşə gedən üç oğlunun adı belə idi: birincisi Eliav, ikincisi Avinadav və üçüncüsü Şamma.