Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana,
Dişon, Eser və Dişan. Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır.
Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna.
Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam.
Siveonun oğulları bunlardır: Ayya və Ana; atası Siveonun eşşəklərini otararkən çöldə isti bulaqlar tapan Ana budur.
Ananın övladları bunlardır: Dişon və Ananın qızı Oholivama.
Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran.
Eserin oğulları bunlardır: Bilhan, Zaavan və Aqan.
Dişanın oğulları bunlardır: Us və Aran.