Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Ada Esava Elifazı doğdu, Basmat isə Reueli doğdu. Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan oğulları bunlardır. Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir. Esavın oğullarının adları belədir: Esavın arvadı Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel. Elifazın oğulları: Teman, Omar, Sefo, Qatam və Qenaz. Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır. Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir.
1. Паралипоменон
Выбор основного перевода