Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm». Həmin gün qılınc gəzdirən iyirmi beş min Binyaminli qırıldı. Bunların hamısı igid cəngavər idi. İsraillilər Binyamin övladlarının torpaqlarına qayıdıb bütün şəhər sakinlərini və heyvanlarını, əllərinə nə keçdisə, hamısını qılıncdan keçirdilər. Sonra qarşılarına çıxan bütün şəhərlərə od vurdular. İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi. Şamuel dedi: «Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi?
Выбор основного перевода