Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Davud qalxıb adamları ilə getdi və Filiştlilərdən iki yüz kişini öldürdü. Padşahın kürəkəni olmaq üçün Davud onların sünnət ətini gətirdi və onları tam sayda padşaha verdilər. Şaul qızı Mikalı Davuda ərə verdi. Davud dedi: «Lap yaxşı, mən səninlə əhd bağlayaram. Ancaq bir şərtlə ki mənimlə görüşməyə gələn zaman əvvəlcə Şaulun qızı Mikalı yanıma gətirməlisən, yoxsa məni görməyəcəksən». Davud Şaul oğlu İş-Boşetin yanına qasidlər göndərib dedi: «Yüz Filiştlinin sünnət ətini gətirib nişanlandığım arvadım Mikalı mənə qaytar». İş-Boşet adam göndərib qadını əri Layiş oğlu Paltieldən aldı. Onun əri ağlaya-ağlaya Baxurimə qədər arvadının dalınca getdi. Burada Avner ona dedi: «Geri qayıt». O da geriyə qayıtdı. Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot!
Выбор основного перевода