Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə, nökər Rivqanı götürüb getdi. İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı. Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. Rivqa da başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. Nökər baş vermiş bütün işlər barədə İshaqa danışdı. İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı.
Выбор основного перевода