Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şaul Davudu hansı işə göndərirdisə, o uğur qazanırdı. Ona görə də Şaul Davudu döyüşçülərinin başçısı etdi və bu da həm xalqın, həm də Şaulun əyanlarının gözünə xoş göründü. Davud qalxıb adamları ilə getdi və Filiştlilərdən iki yüz kişini öldürdü. Padşahın kürəkəni olmaq üçün Davud onların sünnət ətini gətirdi və onları tam sayda padşaha verdilər. Şaul qızı Mikalı Davuda ərə verdi. Yonatan atası Şaula Davudu tərifləyib dedi: «Padşah qulu Davuda qarşı günah etməsin, çünki o sənə qarşı heç vaxt günah etməyib və onun işləri sənin üçün çox xeyirli olmuşdur. O, canını dişinə tutub Qolyatı öldürdü və Rəbb bütün İsrailə böyük qələbə qazandırdı. Bunu sən də görüb sevindin. Davudu boş yerə öldürməklə nə üçün nahaq qan töküb günah edirsən?» Həmişəki kimi padşah öz yerində – divarın yanında oturdu. Yonatan ayağa qalxdı və Avner Şaulun yanında oturdu. Davudun yeri isə boş idi.
Выбор основного перевода