Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər». Kahin ona müqəddəs çörək verdi, çünki Rəbbə təqdim edilən çörəklərdən başqa, çörək yox idi. O çörəklər Rəbbin önündən götürülmüşdü ki, yerinə isti çörəklər qoyulsun. Kahin dedi: «Ela vadisində öldürdüyün Filiştli Qolyatın qılıncı bezə bükülü olaraq orada – efodun arxasındadır. Əgər onu istəyirsənsə, götür, çünki burada ondan başqası yoxdur». Davud dedi: «Onun əvəzi yoxdur, mənə ver».
Выбор основного перевода