Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu. Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.
Выбор основного перевода