Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən. Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan». Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi. Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik. Soyunuruqsa da, lüt-üryan qalmarıq. Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun. Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi. Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. Gözlə görünənə deyil, imana görə həyat sürürük. Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
Выбор основного перевода