Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm. Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb? Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz. Yaradanı ilə çəkişənin vay halına! Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır. Gil öz dulusçusuna «Nə düzəldirsən?» Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi?
Выбор основного перевода