Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Qurbangahımın üzərində murdar çörək təqdim edirsiniz, hələ “Səni necə murdar etdik?” deyib soruşursunuz. “Rəbbin süfrəsinə hörmət etmək lazım deyil” deməklə belə edirsiniz. «Siz “Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət etmək lazım deyil” deyərək adımın müqəddəsliyini pozursunuz. Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq».
Выбор основного перевода