Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Nə bəxtiyardır ədalətə bağlananlar, Hər zaman əməlisaleh olanlar! O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq. O gün böyük şeypur çalınacaq, Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib Yerusəlimdə Müqəddəs dağda Rəbbə səcdə edəcək. Rəbb belə deyir: “Mən Yaqubun çadırlarını Sürgündən geri qaytaracağam. Onun məskənlərinə rəhm edəcəyəm. Şəhər yenidən viranələri üzərində tikiləcək, Saray öz yerində bərpa olunacaq. Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər.
Выбор основного перевода