Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi. Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan. Elam üzərinə göylərin hər tərəfindən Dörd küləyi gətirəcəyəm, Xalqını dörd tərəfə səpələyəcəyəm. Elamdan sürgün olunanların Aralarına getmədiyi bir millət qalmayacaq. Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”». Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, On minlərlə nəfər Onun hüzurunda durmuşdu. Məhkəmə iclası başlandı və kitablar açıldı. O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir». O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq. Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə, Öz xidmətçilərini yanar oda döndərir!» Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.
Выбор основного перевода