Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Bənnalar Rəbbin məbədinin təməlini qoyan zaman İsrail padşahı Davudun qoyduğu qaydaya əsasən kahinlər xüsusi libas geyinib əllərindəki kərənaylarla, Asəf övladlarından olan Levililərsə sinclərlə Rəbbə həmd etmək üçün öz yerlərini tutdular. Onlar Rəbbə həmd və şükür edib növbə ilə Onu tərənnüm edərək belə deyirdilər: «Rəbb yaxşıdır, çünki İsrailin üzərində məhəbbəti əbədidir». Onlar Rəbbə həmd edəndə bütün xalq ucadan qışqırdı, çünki Rəbb evinin bünövrəsi qoyulmuşdu. Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək. Mən bütün dağlarımı yola döndərəcəyəm, Yollarımı hamar edəcəyəm. «Budur, sənə qarşıyam, Ey həlak edən dağ» Rəbb belə bəyan edir. «Ey bütün dünyanı həlak edən! Sənə əlimi qaldırıb Qayanın başından yuvarlayacağam, Səni yanmış bir dağa çevirəcəyəm. İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər: «Hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun!
Выбор основного перевода