Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın. Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu». Buna görə də Ordular Rəbbi Peyğəmbərlər haqqında belə deyir: «Baxın Mən onlara yovşan yedirəcəyəm, Zəhərli su içirəcəyəm. Çünki allahsızlıq Yerusəlim peyğəmbərlərindən Bütün ölkəyə yayıldı». Xudavənd Rəbb belə deyir: “Bütləri məhv edəcəyəm, Nofdakı bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq, Ölkəni dəhşətə salacağam. Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm. Buğdaya əmr edib onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm. Əlinizdəki cadugərliyi məhv edəcəyəm, Sizdə gələcəyideyənlər bir daha olmayacaq. Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz. Ancaq ev bütlərindən alınan vədlər boş şeydir. Falçılar boş görüntülər görür, Mənasız yuxular danışaraq Əbəs yerə təsəlli verir. Buna görə də xalq sürü kimi dağınıqdır, Zəhmət çəkirlər, çünki bir çoban yoxdur.
Выбор основного перевода