Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Lakin xidmətçim ağam padşahın qarşısında quluna böhtan atdı. Ağam padşah Allahın mələyi kimidir. İndi sənin gözündə nə xoşdursa, mənə et. Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun: «Onun çiyinlərini bu yükdən qurtarıram, Qoy əlləri bu ağır səbətdən azad olsun. Heç bir Sion sakini «Xəstəyəm» deməyəcək, Orada yaşayan xalqın günahları bağışlanacaq. Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar. Ən kiçik ailədən böyük nəsil törəyəcək, Azsaylı nəsil qüdrətli millət olacaq. Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm. Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! Onda Rəbb xalqının üzərində görünəcək, Onun oxu şimşək kimi çaxacaq. Xudavənd Rəbb şeypur çalacaq, Cənub qasırğaları ilə irəli gedəcək. Onları Ordular Rəbbi qoruyacaq. Düşmənlərini tələf edəcəklər, Sapand daşları ilə qırıb-çatacaqlar. Onların qanını şərab kimi içib hay-küy salacaqlar. Qurban qanı tökülən qablar kimi, Qurbangahın künc-bucaqları kimi Qanla dolu olacaqlar.
Выбор основного перевода