Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin. Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı. Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin». Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi. Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü. Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar. İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.
Выбор основного перевода