Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz. Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur! Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki? Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: «Mən Rəbbəm, başqası yoxdur! Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur. İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.
Выбор основного перевода