Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız. Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi. Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək. Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz, Rəbb vəd etdiyi kimi sizi Özü üçün müqəddəs bir xalq kimi qoruyacaq. O, xalqına böyük qüvvət verib. Buna görə Ona həmd etsin Onun bütün möminləri, Əziz xalqı olan İsrail övladları! Rəbbə həmd edin! Onda İsrail Rəbbə həsr olunmuşdu Və Onun məhsulunun nübarı idi. Onu udmaq istəyənlərin hamısı mühakimə olunur, Üstlərinə bəla gəlirdi” Rəbb belə bəyan edir.
Выбор основного перевода