Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya belə dedi: «İsrail övladlarına de ki, nəsildən-nəslə geyimlərinin ətəklərinə dörd tərəfdən qotaz tiksinlər. Hər qotazın üzərinə bənövşəyi qaytan salsınlar. Bu qotazlara baxanda Rəbbin bütün əmrlərini xatırlayın və onlara əməl edin; öz ürəyinizin və gözlərinizin istəklərinə qapılıb Mənə xəyanət etməyin. O zaman bütün əmrlərimi yadda saxlayıb yerinə yetirəcəksiniz və Allahınızın hüzurunda müqəddəs olacaqsınız. Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. Bəli, Allahınız Rəbb Mənəm!» Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar.
Выбор основного перевода