Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!» Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!» Dağlıq bölgə də sizin olacaq, o yer meşəlikdir, amma siz oranı təmizləyəcəksiniz və bütünlüklə sizin olacaq. Kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz». Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir. Kömək üçün Misirə enənlərin, Atlara güvənənlərin vay halına! Onlar döyüş arabalarının çoxluğuna, Süvarilərin gücünə bel bağlayır! Amma İsrailin Müqəddəsinə baxmırlar, Rəbbi axtarmırlar! Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.
Выбор основного перевода