Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin. Yeddi gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki birinci gündən yeddinci günə qədər mayalı çörək yeyən hər kəsin ayağı İsrail övladlarının arasından kəsilməlidir. Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin. Bu Mayasız Çörək bayramına ona görə riayət edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən-nəslə bu sizin üçün əbədi qayda olsun və bu günə riayət edin. Birinci ayın on dördüncü gününün axşamından ayın iyirmi birinci gününün axşamına qədər mayasız çörək yeyin. Yeddi gün evinizdə maya olmasın, çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının arasından kəsilməlidir. Heç bir mayalı şey yeməyin, yaşadığınız hər bir yerdə mayasız çörək yeyin». Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər. Çıxdığınız bu gün Aviv ayındadır.
Выбор основного перевода