Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin. zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol. Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur. Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm. Ey Sion xalqı, Allahınız Rəbdə sevinin və şadlanın, Çünki payız yağışını sizə kifayət qədər verir. Əvvəlki kimi payız yağışı ilə Yaz yağışını yağdırır.
Выбор основного перевода