Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Второзаконие
Параллельные места
Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar. İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi. Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar. Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər. Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri! Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük.
Второзаконие
Выбор основного перевода