Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ömürləri səhərdən axşama çatmır, Fərqi yoxdur, hamı əbədi yox olur. Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər. Yuxu kimi uçacaq, bir daha tapılmayacaq, Bəli, gecə röyası kimi yox olacaq. Dəhşət onu sel tək basacaq, Tufan gecə onu qapıb aparacaq. Yessey oğlu Davudun duaları burada sona çatır. Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən. Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar. Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar. Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar». Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən! Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan Gör sən kimsən? Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.
Выбор основного перевода