Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək. “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm. “Mən xalqım İsraili Misirdən çıxardığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun, ancaq xalqım İsrailin üzərində olmaq üçün Davudu seçdim”. Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək. Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam. Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: “Salehlik şəhəri, sadiq şəhər” deyiləcək». Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm. Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq. Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq. Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər».
Выбор основного перевода