Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı? Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. Yaşa dolub saçıma dən düşənə qədər Gələcək nəslə qüvvətini, Gələcək nəslin hər birinə qüdrətini Elan edəcəyəm. Ey Allah, məni tərk etmə. «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur». hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
Выбор основного перевода