Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm. Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq. Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur. Mən isə Rəbbə baxacağam, Məni xilas edən Allahı gözləyəcəyəm. O məni xilas edəcək, Allahım məni eşidəcək. Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!»
Выбор основного перевода