Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
və dedi: «Bax daha sonra Allahın qəzəb günlərində nə baş verəcəyini sənə bildirirəm, çünki görüntü axır zamanın müəyyən vaxtına aiddir. Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək. O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu. Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib. Bir daha nəğmə oxuyub şərab içmirlər, İçkinin dadı içənə acı gəlir.
Выбор основного перевода