Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi. Rəbbə baxan nur saçar, Üzü qızarmaz. Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi. Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər. Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver! Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm. Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır. Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam». Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər? Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan? Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur. Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq! Davud da belə deyir: «Süfrələri onlara tələ, tor, Büdrəmə daşı və cəza olsun. Gözlərinə qara gəlsin, görməsinlər, Belləri həmişə bükülü qalsın!»
Выбор основного перевода