Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər. Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin. Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq. Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin! Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar. Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar. Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?
Выбор основного перевода