Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək. Ruvenlilərlə Qadlıların çoxlu heyvanları var idi. Onlar Yazer ilə Gilead torpaqlarını görəndə heyvan otarmaq üçün bu yerlərin münasib olduğunu başa düşdülər. O, birinci doğulan buğa qədər heybətlidir, Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir. Bu buynuzlarla xalqları, Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq. Bax belədir Efrayimin on minləri, Bax budur Menaşşenin minləri». Gileadın yarısı Başan padşahı Oqun ölkəsindəki Aştarot və Edrei şəhərlərini də əhatə edirdi. Bunlar Menaşşe oğlu Makir övladlarına nəsillərinə görə Makir övladlarının yarısına verilmək üçün idi. Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi.
Выбор основного перевода