Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Rəbbin ismini elan edəcəyəm! Allahımızın əzəmətini mədh edin! O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur. Salehlər pislərin həlak olduğunu görüb sevinir, Günahsızlar onlara belə istehza edir: Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq. Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür, Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan. Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı.
Выбор основного перевода