Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək. Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər. Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, Sela Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər. Naxırlarımız çoxlu balalar versin, Hasarlarımız dəlmə-deşiksiz olsun. İnsanlarımız əsir düşməsin, Meydanlarımız şivən səsinə bir daha bürünməsin. Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr. Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar. Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər.
Выбор основного перевода