Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən? Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq? Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim. Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər. Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq. Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi. Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur. Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur. Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur».
Выбор основного перевода