Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Allahınız Rəbb sizi gözəl torpağa – çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır. O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir. Ora elə bir torpaqdır ki, orada qıtlıqla çörək yeməyəcək və heç nəyə möhtac olmayacaqsınız; daşlarından dəmir, dağlarından isə mis çıxara biləcəksiniz. Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Rəbbə yalvarıb dedim: “Ya Xudavənd Rəbb, Misirdən böyük qüvvətinlə, qüdrətli əlinlə çıxararaq qurtardığın xalqını, Öz irsini yox etmə. Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm. Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”. Rəbb Yaqub nəslini İsrailin əvvəlki əzəmətinə qaytaracaq. Hərçənd quldurlar onu viran etdi, Tənəklərini dağıtdı. Rəbb «sizi sevdim» deyir. Ancaq siz «Bizi necə sevdin?» deyib soruşursunuz. Rəbb də cavab verir: «Esav Yaqubun qardaşı deyildimi? Amma Mən Yaqubu sevdim, çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır.
Выбор основного перевода